Yeni növsüm üçün transfer fəaliyyətinə başlayan “Neftçi” artıq bir futbolçu ilə razılığa gəlib.
Bizim.Media xəbər verir ki, söhbət “Qəbələ”nin yarımmüdafiəçisi Emil Səfərovdan gedir.
Futbolçunu uzun müddətdir izləyən paytaxt klubu onunla müqavilənin detallarını razılaşdırıb. Mövsüm başa çatandan sonra Emil Səfərovla yeni müqavilə imzalanacaq.
Qeyd edək ki, gənclər yığmasının üzvü olan Emil Səfərov “Qəbələ” futbol akademiyasının yetirməsidir.
Rəşad Rafiqoğlu, Bizim.Media