“Araz Naxçıvan” heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi vaxtilə Azərbaycanda çıxış edən Felipe Sanyosla güclənmək niyyətindədir.
Artıq futbolçu ilə danışıqlara başlanılıb.
Qeyd edək ki, Felipe Santos vaxtilə “Keşlə”, “Şamaxı” və “Qəbələ” klublarında çıxış edib. Hazırda İsrailin “Hapoel” Hayfa klubunda oynayan yarımmüdafiəçinin müqaviləsi cari ilin iyun ayında başa çatır.
Rəşad Rafiqoğlu, Bizim.Media