"Kəpəz" legioner qapıçısı İqor Rodrigesi komandada saxlamaq istəyir.
Bizim.Media xəbər verir ki, Premyer Liqa təmsilçisi portuqaliyalıya yeni müqavilə təklif edib.
Onun müqavilə müddəti bir illik artırılacaq. 29 yaşlı qolkiper 2023-cü il oktyabrın 12-də “Kəpəz”lə müqavilə imzalayıb və anlaşmaya əsasən o, 2024-cü il iyunun 30-na qədər Gəncə klubuna məxsusdur.
29 yaşlı futbolçu “Toça”, “Sportinq Kovilya”, “Benfika”, “Eştoril”, “Çaveş”, “Feyrense” klublarının qapısını qoruyub.
Rəşad Rafiqoğlu, Bizim.Media