“Qarabağ”ın aparıcı futbolçularından sayılan Elvin Cəfərquliyev növbəti mövsümə xarici klubda başlaya bilər.
Bizim.Media xəbər verir ki, Türkiyə Superliqası təmsilçisi “Alanyaspor” futbolçuya ciddi maraq göstərir.
Klub rəsmiləri artıq yay transfer dövründə “Qarabağ”la danışıqlara başlamaq niyyətindədir. Türkiyə klubu Ağdam klubunun millimizin üzvünə görə yüksək transfer məbləği istəməyəcəyinə ümid edir.
Qeyd edək ki, 23 yaşı olan Elvin Cəfərquliyev 2018-ci ildən “Qarabağ”ın şərəfini qoruyur.
Rəşad Rafiqoğlu, Bizim.Media