Bədii üzgüçülük üzrə Azərbaycan komandası Birləşmiş Ərəb Əmirliyinin Abu Dabi şəhərində keçirilən beynəlxalq turnirdən 31 medalla vətənə dönüb.
Bizim.Media Azərbaycan Üzgüçülük Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir ki, 8 ölkədən 15 klubun, 200-dən çox idmançının qatıldığı turnirdə idmançılarımız ümumilikdə 18 qızıl, 12 gümüş, 1 bürünc medal qazanıblar.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliyi, Rusiya, Cənubi Afrika Respublikası, Tayvan, Sinqapur, Tunis və Türkiyənin bədii üzgüçülərinin də mübarizə apardığı beynəlxalq yarışda idmanşılarımız ən yüksək nəticələrini göstəriblər.
Bizim.Media