İngiltərə Premyer Liqasında mövsüm bitdikdən sonra baş məşqçi istefası gerçəkləşib.
Bizim.Media xəbər verir ki, "Çelsi" Maurisio Poçettino ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Argentinalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Poçettino 2023-cü ilin yayında "Çelsi"nin baş məşqçisi təyin edilmişdi. Komanda Premyer Liqada mövsümü 63 xalla 6-cı pillədə başa vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media