“Çelsi”nin yarımmüdafiəçisi Rahim Sterlinq İngiltərə millisinin bu yay keçiriləcək Avropa çempionatı üçün heyətinə daxil edilməyib.
Bizim.Media xəbər verir ki, millinin baş məşqçisi Qaret Sautqeytin açıqladığı siyahıda Sterlinqin adı yoxdur.
Avro-2020-də İngiltərə yığmasının əsas oyunçularından biri olan Sterlinq 3 qol vurmuş və 1 məhsuldar ötürmə etmişdi.
Qeyd edək ki, 29 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 31 matçda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizim.Media