“Neftçi” icarədə olan futbolçularından birini geri qaytarır.
Bizim.Media xəbər verir ki, söhbət İsmayıl Zülfüqarlıdan gedir. Hazırda “Turan Tovuz”da icarədə olan futbolçunun inamlı çıxışı məşqçilər korpusunun diqqətini cəlb edib.
“Turan Tovuz” futbolçunun icarə müddətini uzatmaq istəsə də, “Neftçi” buna razı olmayıb. Beləliklə İsmayıl Zülfüqarlı artıq mövsüm başa çatan kimi “flaqman”ın düşərgəsinə qayıdaraq yay hazırlığında iştirak edəcək.
Qeyd edək ki, müdafiəçinin “Neftçi” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media