"Roma"nın futbolçusu Paulo Dibala bu yay keçiriləcək Amerika kubokunda iştirak etməyəcək.
Bizim.Media xəbər verir ki, 30 yaşlı hücumçu Argentina miisinin iyunda keçiriləcək iki oyunu üçün heyətə dəvət edilməyib.
Futbolçunun zədəsi yoxdur. Milinin məşqçi heyətinin qərarla bağlı Dibala ilə danışdıqları bildirilir.
Paulo Dibala bu mövsüm "Roma"da 38 oyuna 16 qol vurub, 10 qol ötürməsini edib.
Qeyd edək ki, Amerika kuboku bu ilin iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək.
Bizim.Media