Bakıda güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, bu gün Azərbaycan güləşçiləri bürünc medal uğrunda görüşə çıxıblar.
Rəşad Məmmədov ukraynalı İvan Stefanskiyə 7:0 hesabıyla qalib gələrək U-23 Avropa çempionatında bürünc medal qazanıb. Bu, Azərbaycanın turnirdəki ilk medalıdır.
Laçın Vəliyev (87 kq) isə təsəlliverici görüşdə rumıniyalı Patrik Qordona uduzub.
Bu gün həmçinin, Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) finalda yarışacaq.
Bizim.Media