Növbəti mövsüm “Araz Naxçıvan”ın heyətdə saxlamaq istədiyi futbolçulardan biri məlum olub.
Bizim.Media xəbər verir ki, Naxçıvan təmsilçisi moldovalı qapıçı Kristian Avraamla əməkdaşlığı davam etdirmək istəyir.
Qolkiperlə aparılan danışıqlar müsbət nəticələnib. Artıq tərəflər 1 illik yeni müqavilə bağlayıblar. Kristiyan Avraam mövsümün əvvəlində “Araz Naxçıvan”a cəlb olunub.
Qeyd edək ki, daha öncə “Araz Naxçıvan” daha iki legioner Nunu Rodrigeş və Miço Kuzmanoviçlə də yeni müqavilə bağlamışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media