Portuqaliyalı mütəxəssis Joze Mourinyo "Fənərbağça" və "Beşiktaş"ın təkliflərini nəzərdən keçirir.
Bizim.Media xəbər verir ki, “qara qartallar”ın vitse-prezidenti Hüseyn Yücel bildirib ki, artıq Mourinyo ilə potensial müqavilənin iqtisadi detalları müzakirə olunub.
"1 ay əvvəl Joze Mourinyo ilə əlaqə saxladıq və o, təklifimizi qəbul etdi. Biz artıq iqtisadi detalları işləyib hazırlamışıq və gələn həftə üzbəüz görüşmək üçün İtaliyaya səfər edəcəyik. Mourinyo ilə razılığa gəlsək, ona Rikardo Kuarejmanı heyətinə daxil etməyi tövsiyə edəcəyik" – deyə funksioner öz açıqlamasında bildirib.
Rəşad Rafiqoğlu, Bizim.Media