"Atletik” Ernesto Valverde ilə müqavilə müddətini artırıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bask təmsilçisinin rəhbərliyi baş məşqçisinin işindən və komandanın nəticələrindən razı olduğu üçün onu buraxmaq istəməyib 60 yaşlı mütəxəssislə müqavilə 2024/25 mövsümünün sonuna kimi nəzərdə tutulub.
60 yaşlı məşqçi 2022-ci il iyulun 1-dən “Atletik”ə geri qayıtmışdı. Məşqçiliyə “Atletik”də başlamış Valverde “Espanyol”, “Valverde”, “Olimpiakos”, “Vilyarreal”, “Valensiya”, “Barselona” klublarını çalışdırıb.
Rəşad Rafiqoğlu, Bizim.Media