Misli Premyer Liqasında 35-ci turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, bu gün daha 3 oyun baş tutub. Oyunların hamısı eyni saatda start götürüb.
Bunun səbəbi iştirakçı komandaların avrokuboklara vəsiqə uğrunda mübarizə aparması idi. “Sabah” “Sumqayıt”ı, “Səbail” “Neftçi”ni, “Kəpəz” isə “Zirə”ni qəbul edib.
Yekunda “Neftçi”, “Zirə” və “Sabah” vacib qələbəyə seviniblər. Xatırladaq ki, ilk gündə “Qarabağ” “Turan Tovuz”a 4:3 hesabıyla qalib gəlib. Sabah isə autsayder “Qəbələ” “Araz-Naxçıvan”la qarşılaşacaq.
18 may (şənbə)
“Sabah” – “Sumqayıt” 2:0 (ikinci hissə)
Qol: Murad Xaçayev, 35 (avtoqol), Anatoli Nuriyev, 90+1
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena” 17:00
“Səbail” – “Neftçi” 0:3 (ikinci hissə)
Qol: Brayan Moreno, 69, Ataa Caber, 77, Qara Qarayev, 83
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“ASCO Arena”, 17:00
“Kəpəz” –“ Zirə” 0:1
Qol: Salifu Suma, 49
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Tovuz şəhər stadionu, 17:00