"Antalyaspor"un baş məşqçisi Sergen Yalçın mövsümün sonunda komandadan ayrılacaq.
Bizim.Media xəbər verir ki, Antalya təmsilçisi yeni mövsüm üçün baş məşqçi axtarışlarına başlayıb.
Super Liqa klubunun Volkan Demirəllə anlaşdığı bildirilir. Yaxın zamanda tərəflər arasında rəsmi müqavilənin imzalanacağı bildirilir.
Qeyd edək ki, Volkan Demirəl son olaraq "Hatayspor"u çalışdırıb.
Rəşad Rafiqoğlu, Bizim.Media