İran kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" bu mərhələdə öz meydanında "Mes Rafsanjan"la qarşılaşıb.
90 dəqiqə ərzində qapılara qol vurulmayıb.
Cütün taleyi əlavə vaxtda həll olunub. 92-ci dəqiqədə qapısında qol görən Təbriz təmsilçisi 0:1 hesabı ilə uduzub.
Bununla da "Traktor" yarımfinaldan kənarda qalmaq kubokda mübarizəni dayandırıb.
Bizim.Media