Moskva "Spartak"ının yeni baş məşqçisi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.
"Ferentsvaroş”un baş məşqçisi Deyan Stankoviç Premyer Liqa təmsilçisi ilə anlaşıb.
"İnter"in və Serbiya millisinin sabiq üzvü növbəti mövsümdən "Spartak"ı çalışdıracaq. O, bu vəzifədə ötən ay istefaya göndərilən Gilyermo Abaskalı əvəz edəcək.
Qeyd edək ki, 45 yaşlı mütəxəssis "Sampdoriya" və "Srvena Zvezda"nı da çalışdırıb. O, "Udineze" və "İnter"də köməkçi məşqçi kimi də işləyib.
Bizim.Media