Konfrans Liqasının finalında keçiriləcək "Olimpiakos" - "Fiorentina" matçının baş hakimi Portuqaliya Futbol Federasiyasından Artur Soareş Diaş olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.
Diaşa həmyerliləri Paulu Soareş və Pedru Ribeyru köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə isveçli Qlenn Nyuberq yerinə yetirəcək.
Qeyd edək ki, "Olimpiakos" - "Fiorentina" görüşü mayın 29-da Afinada keçiriləcək.
Bizim.Media