Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə Dünya Olimpiya Təsnifat Turnirində yarmfinal görüşlərinə start verilib.
Bizim.Media verir ki, Azərbaycan güləşçisi Mariya Stadnik (50 kq) KXDR təmsilçisi Son Hyanq Kimlə qarşılaşıb.
İdmançımız 3:10 hesabı ilə uduzub. Stadnik sabah 3-cü yer uğrunda yarışacaq. Onun rəqibi təsəlliverici görüşlərdə bəlli olacaq.
Qeyd edək ki, digər qadın güləşçilərimizdən üçü təsnifat, biri 1/8 finalda uduzub.
Rəşad Rafiqoğlu, Bizim.Media