“Bavariya” bu mövsüm kubok qazanmaq şanslarını itirib.
Bizim.Media xəbər verir ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Real”a uduzan (1:2) Münhen klubu turnirdə mübarizəni dayandırıb.
Tomas Tuhelin komandası daha əvvəl Almaniya Superkubokunun finalında “Leyptsiq”ə, Almaniya kubokunun 1/16 finalında “Saarbrüken”ə məğlub olaraq turnirlə vidalaşıb. Almaniya Bundesliqasında isə artıq "Bayer" çempionluğu təmin edib.
Bununla da, "Bavariya" son 12 ildə ilk dəfə mövsümü kuboksuz başa vuracaq. Münhenlilər sonuncu dəfə 2011/12 mövsümündə kuboksuz qalmışdı.
Bizim.Media