Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.
Bizim.Media xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə "Atalanta" İtaliyada Fransanın "Marsel" kollektivini qəbul edəcək.
Komandalar arasındakı ilk matçda heç-heçə qeydə alınıb - 1:1.
İtaliyanın digər təmsilçisi "Roma" Almaniyada "Bayer 04"ün qonağı olacaq. Leverkuzen təmsilçisi birinci görüşdə rəqibini iki cavabsız qolla üstələyib.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Bizim.Media