Almaniyanın “Union Berlin” klubu baş məşqçisi Nenad Belitsa ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, 52 yaşlı mütəxəssislə yanaşı, köməkçiləri də komandadan göndərilib.
Onu müvəqqəti olaraq Marko Qrotenin əvəz edəcəyi diqqətə çatdırılıb. Xorvatiyalı 2023-cü ilin noyabrında Berlin klubunda çalışırdı.
Qeyd edək ki, Paytaxt təmsilçisi Bundesliqada 30 xalla 15-ci pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media