“Mançester Siti” bu kuboku final görüşündə “Totenhem”ə qalib gələrək əldə edib.
Bizim.Media xəbər verir ki, “Uembli”də keçirilən görüş 1:0 nominal hesabla ev sahibinin xeyrinə başa çatıb.
“Mançester Siti”yə bu qələbəni 82-ci dəqiqədə Kevin De Broynenin ötürməsini qola çevirən Emerik Laportun zərbəsi gətirib.
“Mançester Siti” üçün bu tarixdə səkkizinci və Liqa kubokunda isə ardıcıl dördüncü qələbədir. Bu göstəriciyə görə Mançester şəhərinin komandası səkkiz qələbə qazanmış «Liverpul» la birinci yeri bölüşürlər.
Bizim.Media