UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib.
Bizim.Media xəbər verir ki, bu gecə mərhələnin ilk oyunları baş tutub.
"Olimpiakos" səfərdə "Aston Villa"ya qalib gəlib. "Fiorentina" - "Brügge" qarşılaşması isə bərabərliklə yekunlaşıb.
"Fiorentina" - "Brügge" 2:2
Qollar: Riccardo Sottil, 5, Andrea Belotti, 37 - Hans Vanaken, 17 (pen), İqor Tiaqo, 63.
"Aston Villa" - "Olimpiakos" 2:4
Qollar: Olli Uotkins, 45+1, Mussa Diabi, 52 - Ayub Əl Kaabi, 17, 29, 57 (pen), Santiaqo Hezze, 67.
Rəşad Rafiqoğlu, Bizim.Media