“Hisslərimə yer vermədim” - Avropa çempionu olan şahmatçımız

Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçıların Avropa çempionatında qızıl medal qazanan Ülviyyə Fətəliyeva Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibə verib. 

Bizim.Media həmin müsahibəni təqdim edir: 
 

MÖVZU İLƏ BAĞLI:

Şahmatçımız Avropa çempionu OLDU - Tarixə düşdü


- Qadın şahmatçılar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən keçirilir. Bu qələbə ilə siz Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşdünüz. Təəssüratlarınızı bilmək maraqlıdır... 

- İnanın, sevincimi tam sözlə izah etməkdə çətinlik çəkirəm. Çox sevinirəm. Məşqlərin nəticəsini gördüyümüzə görə çox şadam. Qitə çempionatı zamanı mənə dəstək olan bütün insanlara təşəkkür etmək istərdim. Avropa çempionatı çox gərgin keçdi. Həyəcansız oyunlar olmadı, hər tur müəyyən qədər həyəcan hiss olunurdu. 

- Ülviyyənin çempionat zamanı təmkinli olmağının sirri nədir? 

- Bu yarışda rahat idim. Çalışırdım hisslərə imkan verməyim. Çünki bir səhv arzumun həyata keçməsinə mane ola bilərdi. Qitə yarışında uğurlu çıxış etməyimdə gərgin məşqlərin rolu böyükdür. Dəstək olan bütün məşqçilərə təşəkkür edirəm. Mənimlə çalışan məşqçi Yevgeni Tomaşevskinin adını çəkməyə bilmərəm. Və əlbəttə, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədova minnətdaram. AŞF rəhbərliyi mütəmadi olaraq hazırlığımızla maraqlanır, təcrübəli məşqçiləri işə cəlb edir. Onların ümidini doğrultduğum üçün şadam. 

- Ən çətin oyun hansı turda oldu? 

- 8-ci turdan sonra həyəcan var idi. Avropa çempionatının sonuna 2 tur qalırdı. Ən yaxın izləyicimi 1 xal qabaqlayırdım. Son turları düşünəndə həyəcan gəlirdi. Birdən səhv olar və turnir cədvəlində vəziyyət dəyişər. Çox istəyirdim ki, çempionatı birinci yerdə başa vurum. 

- 2022-ci ildə Avropa çempionatında bürünc medal qazanmısan. 2024-cü ildə çempion oldun. İki il ərzində nə dəyişdi? 

- Əvvəllər yarışdan əvvəl ancaq qələbə barədə düşünürdüm. Nəticə olmayanda təbii pis təsir edirdi. Yəni getdiyim turnir barədə fikirləşirdim. İndi daha böyük düşünürəm. Məşqlərdə gələcəkdə bütün yarışları hədəfə alıram. Bir yarışda alınmaz, digərində alınar. 2022-ci ildə bürünc medaldan sonra düşünürdüm ki, görəsən medalı qızıl mükafata çevirə bilərəm? Xəyal qururdum. İnanırsınız, bəzən adam özünə inanır, bəzən inanmır. Xəyalım indi gerçəkləşdi. 

- Xəyalın gerçəkləşməsi üçün nə etmək lazımdır? 

- 2020-ci ildə pandemiyadakı vəziyyəti hamı xatırlayır. Hər tərəf bağlı idi. O günlərdə hazırlaşanda özüm üçün xəyal qururdum. Yunanıstana yollananda çempionluğu arzulayırdım, xəyal edirdim. İndi arzuma çatdım. Hisslərimə yer vermədim, şahmatdan zövq alaraq hər tur qələbə qazanmağa çalışdım. 

- Bu qələbə sentyabrda Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan millisinə kömək edə bilər? 

- Qitə çempionatı başa çatmayıb, hazırda son turun oyunları davam edir. Şəxsi Avropa çempionatında medalımızın sayı çox ola bilər. Komanda yoldaşım Günay Məmmədzadənin mükafatçılar sırasında yer almaq şansı var. Olimpiadaya gəldikdə, qadın şahmatçılardan ibarət millimiz hər yarışda şahmat həvəskarlarını sevindirməyə çalışır. Düşünürəm ki, Avropa çempionatındakı qələbə hər bir şahmatçımıza kömək ola bilər. 

- Avropa çempionluğunu kimə həsr edirsən? 

- Qitə çempionluq arzum idi. Bu uğur xəyal quran gənclərə kömək ola bilər. Həyatda böyük uğurlar barədə xəyal qurmaq faydalıdır. Sadəcə, gücünə inanmalısan. Bəzən ciddi hədəflərə nail olmaq çətin görünür. İnanmaq və mübarizəni davam etdirməlisən. Hamıya təşəkkür edirəm. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Trampın müşaviri Vaşinqtona qələbə elan etməyi TƏKLİF ETDİ

Trampın müşaviri Vaşinqtona qələbə elan etməyi TƏKLİF ETDİ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda federasiyalar birləşdirildi

Azərbaycanda federasiyalar birləşdirildi

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Hörmüz boğazından FOTOLENT

Hörmüz boğazından FOTOLENT

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Bu halda maaşdan pul tutulur

Bu halda maaşdan pul tutulur

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

End of content

No more pages to load

RADİO