"Udineze" baş məşqçisi Qabriel Koffini istefaya göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 48 yaşlı mütəxəssis komandanın uğursuz nəticələrinə görə istefaya göndərilib.
"Udineze" artıq yeni baş məşqçisini də açıqlayıb. A seriyası təmilçisi Fabio Kannavaroya tapşırılıb. 50 yaşlı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb. Klub rəhbərliyi "Udineze"ni A seriyasında saxlamaq üçün belə addım atıb.
Qeyd edək ki, Kannavaro son olaraq “Benevento”nu çalışdırıb.
Əlavə edək ki, Koffi ötən ilin oktyabr ayından "Udineze"nin baş məşqçisi idi. Komanda onun rəhbərliyi altında 23 oyuna çıxıb, 4 qələbə qazanıb, 10 dəfə heç-heçə edib, 9 dəfə uduzub. Cəmi 28 xal toplayan "Udineze" turnir cədvəlində 17-cidir.
Bizim.Media