Türkiyə 1-ci Liqasında 31-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin üzvü Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" səfərdə "Bandırmaspor"la qarşılaşıb.
Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Bəxtiyar da bu görüşdə iştirak edib. O, start heyətdə meydana daxil olub və sonadək oynayıb.
31 turdan sonra 33 xal toplayan "Tuzlaspor" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. "Bandırmaspor" 47 xalla 8-cidir.
Bizim.Media