Azərbaycan güləşçisi Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya və yeddiqat Avropa çempionu qızıl medal uğrunda bolqarıstanlı idmançı Miqlena Selişka ilə qarşılaşıb.
Rəqibinə 7:2 hesabı ilə qalib gələn Stadnik 8-ci dəfə Avropa çempionu titulunu qazanıb.
Qeyd edək ki, bu gün digər təmsilçimiz Səbirə Əliyeva (76 kq) bürünc medal uğrunda gücünü sınayacaq.
Daha öncə sərbəst güləşçilərdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) , Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıb.
Bizim.Media