Futbol üzrə Niderland birinci divizionunda 34-cü turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə PSV-nin ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası 2:5 hesablı məğlubiyyətə üzülüb.
Ozan da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub. Komandasının ilk qolunun məhsuldar ötürməsini də milimizin futbolçusu verib. “Eyndhoven” hazırda 38 xalla 14-cü pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media