“Hazırda şəxsi həyatım belə kənarda qalıb" - Rəşad Sadıqov

“Olduqca gərgin və stresli bir oyun idi. Hər iki komanda qələbə qazanmaq, məğlub olmamaq istəyirdi. Hamı başa düşürdü ki, burda qazanılacaq qələbə kimisə önə çəkə bilər, məğlubiyyət isə geri salacaq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 30-cu turunda “Sumqayıt”a qarşı keçirilən oyundan (0:0) sonra deyib. 

Mütəxəssis qolsuz yekunlaşan görüşü belə şərh edib: “Sumqaytı” yaxşı formadadır. Bu gün çox yaxşı komandaya qarşı mübarizə aparırdıq. Futbolçularıma apardıqları mübarizəyə görə təşəkkür edirəm. Hər iki komandanın fərqlənmək üçün şansları var idi. Eləcə də hər iki komanda son saniyələrə qədər qələbə qazanmaq istəyirdi. Bəlkə də ədalətli nəticə elə heç-heçə idi. Bu gün meydanda müasir futbol gedirdi. Belə oyunlar çempionatımızın, futbolumuzun keyfiyyətini artıracaq. Bir qədər yorğunluq var idi. Bununla belə, komandam əzmkar oynadı. 

Qarşıda maraqlı qarşılaşmalar olacaq. Hər matç önəmlidir. Getdikcə gərginlik artır. Tək futbolda yox, bəzən həyatda da elə olur ki, həyatımızdakı hansısa maraqlı prosesin bitməsini istəmirsən. Əlimizdən gələni edəcəyik ki, mövsümün sonunda sevinən tərəf biz olaq”. 

R.Sadıqov hədəflərinin Konfrans Liqasına vəsiqə qazanmaq olduğunu söyləyib:

“Rəhbərliyin də, özümüzün də qarşımıza qoyduğumuz hədəf Konfrans Liqasına düşməkdir. İmkan varsa, daha yüksək yerlər, medallar uğrunda mübarizə aparacağıq. Əminəm ki, bu gün avrokuboklar uğrunda mübarizə aparan hər komanda düşünür ki, yekunda ikinci yeri tuta bilər.

Bizim də şansımız var. Əlimizdən gələni edəcəyik. Bu heç-heçə sayəsində “Sumqayıt”la şəxsi oyunlardakı üstünlüyümüzü qoruduq. Bu gün iki xal itirdiyimizi desəm, ədalətsizlik olar”. 

Bu günlərdə ATV kanalında yayımlanan əyləncəli proqramda qonaq olarkən Rəşad Sadıqov “Zirə” ilə bağlı suala “Ürək”, “Neftçi”yə isə “Ağ-qara” demişdi. O bu barədə sualı belə cavablandırıb:

“Orda suallar tez-tez verilirdi, həm də eyni cavabı ikinci dəfə demək olmazdı. “Zirə”nin adı ilk çəkildi, mən də ürək dedim. “Neftçi” soruşulduqda isə ilk ağlıma ağ-qara gəldi. Ağ və qara mənim sevimli rənglərimdir, bunu hamı bilir. Geyimlərimdə də əsasən bu rənglər üstünlük təşkil edir. Uşaqlıqdan belədir. Ağ-qaraya dəyər verirəm”. 

O, son günlər adının “Neftçi” ilə hallanmasına da toxunub:

“Hər bir məşqçi istər ki, “Neftçi”də, “Qarabağ”da, millidə çalışsın. “Neftçi” təbii ki, mənə əzizdir. İlk addımları orda atmışam, tanınmışam. Daha sonra karyeramın parlaq hissəsi “Qarabağ”da keçib. Eləcə də 17 il millidə oynamışam. Hər üçü mənim üçün doğmadır. Sabah “Neftçi”də də məşqçi ola bilərəm, “Qarabağ”da da. Ola bilər ki, ümumiyyətlə bu klubların heç birində işləməyim. İstəyim ölkə xaricində məşqçi kimi çalışmaqdır. Gücümü daha güclü çempionatlarda sınamaq istərdim.

“Neftçi”dən mənə heç bir təklif gəlməyib, aramızda hər hansı danışıq olmayıb. Bütün fikrim hazırda “Zirə”dir. Həm də indi belə periodda dəvət də gəlməz. “Neftçi”nin də hazırda baş məşqçisi var, ona uğurlar arzu edirəm. Məşqçi fəaliyyəti bir qədər fərqlidir. Futbolçu kimi tanınmış klublarda oynamağı çox tez istəyirdim. Amma indi elə deyil. İlk növbədə düşünməlisən ki, bacararam, bacarmaram, komandaya xeyir verə bilərəmmi. Xeyir verməyəndən sonra işləmərəm”. 

O,  “Zirə” ilə 2 illik müqavilə imzaladığını xatırladıb: “Hazırda şəxsi həyatım belə kənarda qalıb. Gecə-gündüz yalnız oyunları düşünür, rəqibləri analiz edirik. Yayda “Zirə” ilə 2 illik müqavilə imzaladıq. Lakin mövsüm başa çatdıqdan sonra yenidən müzakirəmiz olacaq. İşimizi təhlil edəcəyik. Mən vəzifə xəstəsi deyiləm. Görsəm ki, bu gün komandaya xeyir vermirəm, dərhal vəzifəmdən ayrılaram”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Seda Sayan: "Bu corabı mənə Beyons göndərib" - VİDEO

Seda Sayan: "Bu corabı mənə Beyons göndərib" - VİDEO

Şəxsiyyət vəsiqəsi və pasport almaq ONLAYN olacaq?

Şəxsiyyət vəsiqəsi və pasport almaq ONLAYN olacaq?

Kirayədə qalanların DİQQƏTİNƏ – Qeydiyyata düşməsəniz...

Kirayədə qalanların DİQQƏTİNƏ – Qeydiyyata düşməsəniz...

Paris Olimpiadasının yenilənmiş medalları idmançılarımıza TƏQDİM OLUNDU

Paris Olimpiadasının yenilənmiş medalları idmançılarımıza TƏQDİM OLUNDU

Külək əsəcək, intensiv yağış yağacaq - SABAHIN HAVASI

Külək əsəcək, intensiv yağış yağacaq - SABAHIN HAVASI

Xəstənin ölümündə təqsirləndirilən həkimə HÖKM OXUNDU

Xəstənin ölümündə təqsirləndirilən həkimə HÖKM OXUNDU

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR

“İmişli”nin heyətində CİDDİ İTKİ

“İmişli”nin heyətində CİDDİ İTKİ

Maşında musiqinin səsini azaltmasını istədi, xəstəxanalıq oldu

Maşında musiqinin səsini azaltmasını istədi, xəstəxanalıq oldu

İbrahim Tatlısəsin səhhəti ilə bağlı vacib XƏBƏR

İbrahim Tatlısəsin səhhəti ilə bağlı vacib XƏBƏR

Qadın azarkeşlərə jest edən “Qarabağ”ın niyə qadınlardan ibarət komandası yoxdur? – Klubdan AÇIQLAMA

Qadın azarkeşlərə jest edən “Qarabağ”ın niyə qadınlardan ibarət komandası yoxdur? – Klubdan AÇIQLAMA

Tamerlan Qarayev Bakıya gəldi – FOTO

Tamerlan Qarayev Bakıya gəldi – FOTO

"Hizbullah" lideri Naim Qasımın müavini öldürüldü - FOTO

"Hizbullah" lideri Naim Qasımın müavini öldürüldü - FOTO

1-ci sinfə qəbulla bağlı yenilik

1-ci sinfə qəbulla bağlı yenilik

Türkiyənin daxili işlər naziri İlham Əliyevin QƏBULUNDA – FOTO

Türkiyənin daxili işlər naziri İlham Əliyevin QƏBULUNDA – FOTO

İlham Əliyev Litvanın Baş naziri ilə görüşdü - FOTO

İlham Əliyev Litvanın Baş naziri ilə görüşdü - FOTO

Zaqatalaya qar YAĞIR – VİDEO

Zaqatalaya qar YAĞIR – VİDEO

Məscidi-Əqsa 41 gündən sonra ibadətə açıldı - FOTO

Məscidi-Əqsa 41 gündən sonra ibadətə açıldı - FOTO

Bakıda müdir maaşını istəyən işçisini döydü

Bakıda müdir maaşını istəyən işçisini döydü

Tələbələr arasında SORĞU - Universitet sizi əmək bazarına, yoxsa imtahanlara HAZIRLAYIR? – VİDEO

Tələbələr arasında SORĞU - Universitet sizi əmək bazarına, yoxsa imtahanlara HAZIRLAYIR? – VİDEO

Bağçaya gedən uşaqların sayı açıqlanıb

Bağçaya gedən uşaqların sayı açıqlanıb

“Qalatasaray” “Göztəpə”yə qalib gəldi - VİDEO

“Qalatasaray” “Göztəpə”yə qalib gəldi - VİDEO

Zelenski: "Putinlə görüşməyə hazıram, amma Moskvada yox"

Zelenski: "Putinlə görüşməyə hazıram, amma Moskvada yox"

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan XƏBƏR VAR

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan XƏBƏR VAR

End of content

No more pages to load

RADİO