Bu gün Gəncə Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 16-cı turunun dördüncü oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, "Gəncə" və "Cəlilabad" klubları arasında baş tutmuş oyun, cənublular üçün böyük əhəmiyyət kəsb edirdi.
Lakin bu görüşdə, cüzi pley-off şansları olan "Gəncə" rəqibi üzərində 103-91 hesablı qələbə qazanaraq, "Cəlilabad" ın pley-off şanslarını xeyli azaldıb.
Ən məhsuldar basketbolçular: "Gəncə" (Culs Mur - 32 xal, 11 ribaund), "Cəlilabad" (Rişon Conson - 23 xal, 6 asist).
Rəşad Rafiqoğlu, Bizim.Media