Şahmat Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirildi – FOTO 

Azərbaycan Şahmat Federasiyasında (AŞF) İcraiyyə Komitəsinin 2024-cü ildə ilk iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov dövlət tərəfindən şahmata və şahmatçılara daim diqqət və qayğının göstərildiyini xatırladıb. 

Məhz bunun nəticəsində bu günlərdə Kanadada keçirilən İddiaçılar Turnirində dünyanın güclü 8 şahmatçısı sırasında Azərbaycan təmsilçisinin də yer aldığı vurğulanıb. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdan sonra N.Abasovun İddiaçılar Turnirində iştirak edən üçüncü azərbaycanlı şahmatçı olduğu bildirilib. Yeniyetmə şahmatçı Xaqan Əhmədin FIDE-nin Şahmat Akademiyasında hazırlığı, eləcə də dünyanın tanınmış mütəxəssisləri Vladimir Çuçelov və Boris Gelfandın azərbaycanlı şahmatçılarla təlimləri barədə İcraiyyə Komitəsinin üzvlərinə məlumat verilib. İclasda peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə şahmatı tədris edən məşqçilərin sertifikatlaşdırması, o cümlədən Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək kişi və qadın şahmatçılardan ibarət Azərbaycan komandalarının heyəti müzakirə olunub.

Federasiyanın logosunun müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə rebrendinqə ehtiyac yaranması barədə fikir mübadiləsi aparılıb. Yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi Fərid Abbasov Azərbaycan Şahmat Federasiyasının nəzdində yaradılan Şahmat Akademiyasının fəaliyyəti barədə geniş məlumat verib. Akademiyada çalışan məşqçi və şahmatçıların hazırlıq proqramı açıqlanıb. Sonda 2024-cü ildə keçiriləcək yarışların təşkilatı işləriylə bağlı məlumatlar dinlənilib. 





Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranda daha bir general ÖLDÜRÜLDÜ

İranda daha bir general ÖLDÜRÜLDÜ

Tatarıstanda zavodda PARTLAYIŞ: 1 ölü, 50-yə yaxın yaralı var – VİDEO

Tatarıstanda zavodda PARTLAYIŞ: 1 ölü, 50-yə yaxın yaralı var – VİDEO

Bayram günlərində ölkəmizdə baş verən qəzaların SAYI

Bayram günlərində ölkəmizdə baş verən qəzaların SAYI

Manuel Noyer "Bavariya"nın məşqlərinə qayıtdı

Manuel Noyer "Bavariya"nın məşqlərinə qayıtdı

Yollarda yeni elektron tərəzilər istismara veriləcək

Yollarda yeni elektron tərəzilər istismara veriləcək

Dünyanın ən kobud və ən nəzakətli ölkələri SEÇİLDİ

Dünyanın ən kobud və ən nəzakətli ölkələri SEÇİLDİ

İspaniya XİN başçısı: İran ətrafındakı münaqişənin sonu görünmür

İspaniya XİN başçısı: İran ətrafındakı münaqişənin sonu görünmür

Ağ Ev: "Tramp istəyir ki, müharibə xərclərini ərəb ölkələri ödəsin"

Ağ Ev: "Tramp istəyir ki, müharibə xərclərini ərəb ölkələri ödəsin"

“Avroviziya” mahnı müsabiqəsinin Asiya versiyası da olacaq

“Avroviziya” mahnı müsabiqəsinin Asiya versiyası da olacaq

Tiktoker "Miray" həbsdə qaldı

Tiktoker "Miray" həbsdə qaldı

Azərbaycanda quş qripi aşkarlanıb? – AQTA-dan AÇIQLAMA

Azərbaycanda quş qripi aşkarlanıb? – AQTA-dan AÇIQLAMA

ABŞ-da daha bir QALMAQAL: Hərbçilər məxfi məlumatları rəqqasəyə ötürüb

ABŞ-da daha bir QALMAQAL: Hərbçilər məxfi məlumatları rəqqasəyə ötürüb

I sinfə qəbulda prioritet məktəblərin SİYAHISI

I sinfə qəbulda prioritet məktəblərin SİYAHISI

Şəkidə ev yandı: Xəsarət alanlar var

Şəkidə ev yandı: Xəsarət alanlar var

Röya Ayxanın oğlu bu ölkədə Universitetə DAXİL OLDU - ÖZƏL

Röya Ayxanın oğlu bu ölkədə Universitetə DAXİL OLDU - ÖZƏL

Özbəkistandan Azərbaycana gətirilən arılarda gənə var? - RƏSMİ AÇIQLAMA

Özbəkistandan Azərbaycana gətirilən arılarda gənə var? - RƏSMİ AÇIQLAMA

Əmlakların qeydiyyatı ilə bağlı Əli Əsədovdan QƏRAR

Əmlakların qeydiyyatı ilə bağlı Əli Əsədovdan QƏRAR

Bu futbolçu “Karvan-Yevlax”ı TƏRK EDƏCƏK

Bu futbolçu “Karvan-Yevlax”ı TƏRK EDƏCƏK

Xarici media subyektlərinin filiallarının ölkəmizdə qeydiyyatı ilə bağlı YENİ TƏLƏB

Xarici media subyektlərinin filiallarının ölkəmizdə qeydiyyatı ilə bağlı YENİ TƏLƏB

"Ona gələn şərhləri mənə yazsaydılar, küçəyə çıxa bilməzdim"

"Ona gələn şərhləri mənə yazsaydılar, küçəyə çıxa bilməzdim"

Ərəb ölkələri Yaxın Şərqdəki münaqişəyə görə 200 milyard dollar İTİRƏCƏK

Ərəb ölkələri Yaxın Şərqdəki münaqişəyə görə 200 milyard dollar İTİRƏCƏK

Qaxda İYRƏNC MƏNZƏRƏ – Un kisəsindən görün nə ÇIXDI – ÖZƏL/VİDEO

Qaxda İYRƏNC MƏNZƏRƏ – Un kisəsindən görün nə ÇIXDI – ÖZƏL/VİDEO

721 nəfərin yaşadığı qəsəbənin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib - FOTO

721 nəfərin yaşadığı qəsəbənin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib - FOTO

"Kəmalə Günəşliyə halallıq vermirəm, qazandığını dərmana VERSİN" - VİDEO

"Kəmalə Günəşliyə halallıq vermirəm, qazandığını dərmana VERSİN" - VİDEO

End of content

No more pages to load

RADİO