"Fraybuq"un futbolçusu Matias Ginter mövsümü erkən başa vurub.
Bizim.Media "Kicker"ə istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Kristian Ştrayx açıqlayıb.
O, 30 yaşlı müdafiəçinin axil vətərində problemlər olduğunu və əməliyyat ediləcəyini bildirib. Ginter bu yay ölkəsində keçiriləcək Avropa çempionatını da buraxmalı olacaq.
Qeyd edək ki, Matias Ginter "Frayburq"da bu mövsüm ümumilikdə 34 oyun keçirib və iki məhsuldar ötürmə edin.
Bizim.Media