"Zirə"nin yeni transferi Araz Abdullayev Bakı təmsilçisində debüt edib.
Bizim.Media xəbər verir ki, o, Azərbaycan kubokunun yarımfinalında "Qəbələ"yə qarşı ilk matçın 82-ci dəqiqəsində meydana daxil olub.
31 yaşlı yarımmüdafiəçi Ceyhun Nuriyevi əvəzləyib.
Qeyd edək ki, "Zirə" ötən ay Araz Abdullayevlə bu mövsümün sonunadək müqavilə imzalayıb. Müqavilənin müddətini uzatmaq hüququ Bakı təmsilçisinə məxsusdur.
Bizim.Media