Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann “Bavariya”ya qayıda bilər.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, artıq Münhen klubunun idman direktoru Maks Eberllə 36 yaşlı məşqçi arasında telefon danışığı olub. Lakin “Bavariya”nın rəhbərliyində təmsil olunanların hamısı Naqelsmannın qayıdışının tərəfdarı deyil.
Qeyd edək ki, daha əvvəl “Bavariya” hazırkı baş məşqçi Tomas Tuhelin cari mövsümün sonunda klubdan ayrılacağını bəyan edib. Hazırda Almaniya çempionatında 27 turdan sonra ikinci pillədə qərarlaşan münhenlilər lider “Bayer”dən 13 xal geri qalırlar.
Xatırladaq ki, Yulian Naqelsmann 2021-ci ilin martından 2023-cü ilin iyuluna kimi “Bavariya”nı çalışdırıb.
Bizim.Media