"Tottenhem" və "Bavariya" arasında avqustda yoxlama oyunu keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə klubların rəsmi saytları məlumat yayıb .
Görüş şənbə günü, avqustun 10-da "Visit Malta Cup" turniri çərçivəsində reallaşacaq. Oyuna Londondakı "Tottenhem Hotspur" stadionu ev sahibliyi edəcək.
Komandalar sonuncu dəfə Çempionlar Liqasının 2019/20 mövsümünün qrup mərhələsində üz-üzə gəlib.
Bizim.Media