"Napoli" rəhbərliyi baş məşqçi postuna axtarışlarını davam etdirir.
Bizim.Media xəbər verir ki, Neapol klubu Vinçentso İtaliyanonu posta dəvət etmək istəyir.
Bu haqda “Calciomercato” portalı məlumat yayıb. "Napoli" rəhbərliyi bununla bağlı artıq hərəkətə keçib. 46 yaşlı mütəxəssisdən başqa, qısa siyahıda Raffaele Palladino (“Montsa”) və Françesko Farioli (“Nitsa”) yer alıb.
Qeyd edək ki, hazırda "Napoli"ni Françesko Kaltsona çalışdırır.
Rəşad Rafiqoğlu, Bizim.Media