Rusiya milli komandasının Paraqvayla keçirəcəyi yoldaşlıq oyunu təxirə salınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqinin rəsmi saytı məlumat yayıb.
Qarşılaşma dünən “Crocus City Hall"da baş verən terror aktı səbəbindən ləğv olunub.
Matç üçün bilet alan azarkeşlərin pulları tam şəkildə geri qaytarılacaq.
Qeyd edək ki, Rusiya - Paraqvay oyunu 25 mart tarixində baş tutmalı idi.
Rəşad Rafiqoğlu, Bizim.Media