İngiltərə milli komandası yoldaşlıq oyunu çərçivəsində Braziliya yığması ilə qarşılaşacaq.
Bizim.Media xəbər verir ki, Avropa təmsilçisi oyuna ciddi itki iklə çıxacaq.
Belə ki, Harri Keyn bu görüşdə iştirak etməyəcək. "Bavariya"nın hücumçusu zədə səbəbindən komandaya kömək edə bilməyəcək.
30 yaşlı forvardın Belçika ilə matçda da oynayacağı gözlənilmir.
Qeyd edək ki, İngiltərə yığması bu gecə Braziliya ilə, 3 gün sonra isə Belçika ilə üz-üzə gələcək.
Rəşad Rafiqoğlu, Bizim.Media