“Neftçi” bu gün yoldaşlıq oyunu keçirəcək.
Bizim.Media xəbər verir ki, təmsilçimiz Moskva “Spartak”ı ilə üz-üzə gələcək.
Ötən ilin noyabrında “Zenit”i qəbul edən bakılılar, indi digər Rusiya klubu ilə üz-üzədir. “Neftçi Arena”da keçiriləcək görüşə saat 18:00-da start veriləcək.
18:00. Neftçi – Spartak (Moskva, Rusiya)
“Neftçi Arena”.
Komandalar mövsümün əvvəlində Rusiyada yoldaşlıq oyununda qarşılaşmış və “Spartak” qələbə qazanmışdı – 2:0.
Rəşad Rafiqoğlu, Bizim.Media