“Luis Enrikeni bəyənirəm, o, çox yaxşı məşqçidir. Pep Qvardiola və Yurgen Klopp haqqında da eyni fikirləri deməliyəm”.
Bizim.Media “Daily Mail”ə istinadən xəbər verir ki, bu fikirləri “Barselona”nın idman direktoru Deko Yurgen Klopp və Mikel Arteta ilə danışıqlar aparmaları barədə yayılan xəbərlərə münasibət bildirərkən danışıb.
Deko yeni baş məşqçi seçimi hazırda qərar vermədiklərini dilə gətirib: “Sözügedən məşqçilərlə danışmamışıq”.
Xatırladaq ki, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi bu mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.
Bizim.Media