Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummels aktiv futbolçu karyerasını başa vurmağa hazırlaşır.
Bizim.Media “Bild”ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu mövsümün sonunda karyerasını bitirəcək.
Xəbərdə bildirilib ki, Hummels müasir futbolun tempinə uyğunlaşmaqda çətinlik çəkdiyini hiss etdiyi üçün bu qərara gəlib.
Qeyd edək ki, Almaniya millisinin sabiq üzvü "Bavariya”nın yetirməsidir. 2008-ci ildən “Borussiya”da çıxış edən müdafiəçi 2016-2019-cu illərdə "Bavariya"da oynayıb. Hummels bu mövsüm Dortmund klubunda 29 oyun keçirib və 3 qol vurub.
Bizim.Media