Fransa millisinin heyətində dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.
Topuğundan zədə alan Antuan Qrizmannın əvəzinə "Latsio"dan Matteo Genduzi heyətə çağırılıb.
Qeyd edək ki, Fransa yığması martın 23-də Almaniya, martın 26-da isə Çili ilə yoldaşlıq oyununda qarşılaşacaq.
Bizim.Media