“Barselona”nın və Türkiyə milli futbol komandasının sabiq yarımmüdafiəçisi Arda Turana həbs cəzası verilib.
Bizim.Media xəbər verir ki, buna səbəb sabiq futbolçunun 2015-2016-cı illərdə İspaniyada 2 şəxsi gəlir vergisi qaçaqmalçılığı olub.
Turana 1 illik həbs və 633 000 avro pul cəzası verilib. Günahını qəbul edən Arda Turan həbs cəzası 2 ildən az olduğu üçün sadəcə pul cəriməsi ödəyəcək.
Bizim.Media