İqor Tudor "Latsio"nun baş məşqçisi təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə A seriyasının klubunun mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı mütəxəssis istefaya göndərilən Mauritsio Sarrini əvəzləyib. İlk məlumatda onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Tudorun son iş yeri "Marsel" olub.
"Latsio" bu mövsüm A Seriyasının turnir cədvəlində 43 xalla 9-cu pillədə qərarlaşıb.
Bizim.Media