Azərbaycanlı futbolçu İsveç kubokunun finalına vəsiqə əldə edib.
Bizim.Media xəbər verir ki, Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” yarımfinalda qələbə qazanıb.
Musanın komandası AİK-lə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb.
Penalti zərbələri zamanı 3:2 hesabı ilə qalib gələn “Yurqorden” cütün qalibi olub. Azərbaycan yığmasının hücumçusunun adı iştirak ərizəsinə daxil edilsə də, o, meydana çıxmayıb.
Qeyd edək ki, Qurbanlının komandası finalda “Malmö” ilə üz-üzə gələcək. Həlledici oyun mayın 9-da baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media