Türkiyə millisinin sabiq futbolçusu, hal-hazırda futbol şərhçisi olan Nihat Kahveci "Qarabağ"ın "Bayer"lə cavab oyunundan (2:3) danışıb.
Bizim.Media xəbər verir ki, o, Türkiyə telekanallarının birində yayımlanan verilişdə Ağdam klubu haqda müsbət fikirlər səsləndirib:
"Xabi Alonso onsuz da "Qarabağ"ı məğlub edəcəklərini düşünürdü. Amma futbol belə deyil. Əlavə olunmuş dəqiqələrdə 2 qol vurdular. Mənə görə "Qarabağ" mərhələni keçdi. Onları təbrik edirəm. Halal olsun".
Rəşad Rafiqoğlu, Bizim.Media