Türkiyə Superliqasında 30-cu turun 4 oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, "Beşiktaş" öz meydanında "Antalyaspor"a uduzub. "Qara qartallar" ardıcıl 3-cü oyunda məğlub olublar. Onlar son saniyələrdə xal qazanmaq imkanı qazanıblar.
Amma Raşisa 90+11-ci dəqiqədə penalti zərbəsinin dəqiq yerinə yetirməyib. Hesabında 46 xal olan "Beşiktaş" 4-cü pillədə yer alıb.
Antalya klubu 41 xalla 7-cidir. Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev turu qələbə ilə başa vurub. Onun çıxış etdiyi "Adana Dəmirspor" "Sivasspor"u 4:1 hesabı ilə məğlub edib.
Türkiyə Superliqası
30-cu tur
"Alanyaspor" – "Kayserispor" – 0:0
"Ankaragücü" – "Başakşəhər" – 2:1
"Adana Dəmirspor" – "Sivasspor" – 4:1
"Beşiktaş" – "Antalyaspor" – 1:2