Türkiyə Super Liqasında 30-cu turun oyunları davam edir.
Bizim.Media xəbər verir ki, bu gün Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” doğma meydanda "Sivasspor"u qəbul edib.
Görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Məhəmmədəliyev bu matçda meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb. 30 turdan sonra 39 xal toplayan "Adana Demirspor" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media