Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.
Bizim.Media xəbər verir ki, günün yeganə matçı "Murov Az Terminal" VK-nun idman zalında baş tutub.
Yüksək Liqanın lideri "Azərreyl" növbəti sınağında autsayder MOİK-i məğlub edib. Qonaq komanda ilk setdə rəqibə ciddi müqavimət göstərib.
66 xalın oynanıldığı seti "dəmiyolçular" 34:32 hesabı ilə üstün bitiriblər. Növbəti setləri də qələbə ilə başa vuran "Azərreyl" liderliyini bir az da möhkəmlədib.
Qeyd edək ki, çempionatın növbəti oyunları martın 19-da baş tutacaq.
Yüksək Liqa (kişilər)
16 mart
17:00. "Azərreyl" - MOİK - 3:0 (34:32, 25:19, 25:23)
"Murov Az Terminal" VK-nun idman zalı
Rəşad Rafiqoğlu, Bizim.Media